×
A
A
A
Sazlamalar

Azərbaycanın cüdo hakimləri Avropa Kubokunda görüşləri idarə ediblər

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışları idarə ediblər.
ACF-dən AZƏRTAC-a bildirilib ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda oyun idarə ediblər. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.

İdman 2024-03-18 16:22:00