×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin oyunlarının hakim təyinatları açıqlanıb

Bakı, 18 mart, AZƏRTAC

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların hakim təyinatları açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təşkil olunacaq iki görüşdə ədaləti Azərbaycan referiləri qoruyacaqlar. Baş hakimlər Əliyar Ağayev və Elçin Məsiyev olacaq. Digər iki qarşılaşmanı isə Estoniya və Türkiyədən olan hakimlər briqadası idarə edəcək.


22 mart
17:00. Tanzaniya – Bolqarıstan
"Liv Bona Dea Arena".
Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Rauf Cabbarov.

22 mart
20:00. Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Zorbay Küçük (Türkiyə).
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə).
Dördüncü hakim: Fəridə Lütfəliyeva .

25 mart
17:00. Tanzaniya – Monqolustan
"Liv Bona Dea Arena".
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Rəşad Əhmədov.

25 mart
20:00. Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Kristo Tohver (Estoniya).
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya).
Dördüncü hakim: İnqilab Məmmədov.

 

İdman 2024-03-18 15:54:00