“AGF Trophy”: Azərbaycanın yeniyetmə gimnastları paralel qollarda qızıl və gümüş medallar qazanıblar
Bakı, 17 mart, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində yeniyetmələr arasında fərqli alətlər üzrə ilk qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvləri İlham Salayev paralel qollarda qızıl, Hüseyn Qəhrəmanov paralel qollarda gümüş, halqalarda bürünc, Albina Aliyeva dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc, Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda gümüş, Məhəmməd Rüstəmzadə sərbəst hərəkətlərdə gümüş, Emin Xankişiyev isə sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstandan ümumilikdə 88 idmançı mübarizə aparır.
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb