×
A
A
A
Sazlamalar

“Tiktok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb

Lənkəran 16 mart, AZƏRTAC

"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC–ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki "Tiktok" platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran polis əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

Regionlar 2024-03-16 09:28:00