×
A
A
A
Sazlamalar

Prokurorluq əməkdaşları Ordubad şəhər internat məktəbinin şagirdlərini ziyarət ediblər

Naxçıvan, 15 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və Novruz bayramı münasibətilə martın 15-də muxtar respublika prokurorunun müavini Amil Rəhimov və bir qrup prokurorluq əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəbdə təhsil alan 52 şagirdə məktəb ləvazimatları və ərzaq məhsulları və bir qrup şagirdə isə geyim dəstləri hədiyyə edilib.

Regionlar 2024-03-15 20:40:00