×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən əvvəl komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi qulluqçular arasında idmana olan marağın daha da artırılması məqsədilə keçirilən belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.
Birdən və təkanla qaldırma üzrə keçirilən yarışda 39 hərbi qulluqçu 6 çəki dərəcəsində mübarizə aparıb.
Ümumilikdə doqquz komandanın iştirak etdiyi birincilikdə yekun nəticələrə əsasən, “Quru Qoşunları” komandası birinci, “Hərbi Hava Qüvvələri” komandası ikinci, “Hərbi Dəniz Qüvvələri” komandası isə üçüncü yerdə qərarlaşıb.
Sonda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Ordu 2024-03-15 18:56:00

Video