Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.
Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO