Ənənəvi Buşoyaraş bayramı: Macarıstan baharı qarşılayır
Budapeşt, 15 mart, AZƏRTAC
Qışın başa çatmasına və baharın gəlişinə həsr olunan ənənəvi altıgünlük Buşoyaraş karnavalı Macarıstanın Moxaç şəhərinə on minlərlə ziyarətçini cəlb edib.
AZƏRTAC Macarıstan Turizm Agentliyinə istinadla xəbər verir ki, bu il karnavala gələn qonaqlar şəhərin turizm otellərində minə yaxın gecə keçiriblər. Həftə sonu otellərin doluluq nisbəti 90 faizdən çox olub.
Ziyarətçilərin əksəriyyətini macarlar təşkil etsə də, qonaqlar arasında əsasən Slovakiya və Almaniyadan xarici turistlər də olub.
Ənənəvi Buşoyaraş bayramı, 2009-cu ildə icmaların nəsildən-nəslə ötürdüyü adətləri, təmsil və ifadə formalarını, bilik və bacarıqları özündə cəmləşdirən “canlı miras” olaraq da adlandırılan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var