×
A
A
A
Sazlamalar

Böyük Britaniya parlamentinin Lordlar Palatasının və Azərbaycanla dostluq qrupunun üzvü Baronessa Manzila Uddindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Seçkilərdə qələbəniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycana və xalqınıza çox uğurlu xidmətinizin və liderliyinizin təsdiqidir.

Sizinlə Londonda görüşməyimi və ya ən yaxın zamanda Azərbaycana səfər etməyimi səbirsizliklə gözləyirəm.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə Zati-alinizə və xanım Mehriban Əliyevaya ən xoş arzularımı çatdırıram. Sizə və Azərbaycan xalqına Allahdan firavanlıq və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

 

Baronessa Manzila Uddin

Böyük Britaniya parlamentinin Lordlar Palatasının

və Azərbaycanla dostluq qrupunun üzvü

Məktublar 2024-03-14 14:21:00