×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Bakı, 14 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.

 

Mədəniyyət 2024-03-14 12:27:00