×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 572 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət müəyyən edilsin.”.
2. 2-ci hissənin “Kollegiyanın üzvləri:” bölməsi üzrə:
2.1. “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru” sözlərindən sonra “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri” sözləri əlavə edilsin;
2.2. “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasi-yasının prezidenti” sözləri “Azəridmanservis” MMC-nin direktoru” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 mart 2024-cü il

№ 132

Qərarlar 2024-03-13 11:53:00