Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO