×
A
A
A
Sazlamalar

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 579 (Cild I) 24-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 24.1-ci maddəyə “olunmayan” sözündən sonra “qida obyektləri (subyektləri)” sözləri əlavə edilsin.
2. 24.9-cu maddə üzrə:
2.1. birinci cümlədə “qida obyektlərinin təsdiq qaydasında” sözləri “bu Qanunun 24.16-cı maddəsində nəzərdə tutulan qaydada” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Aparılan qiymətləndirilmə nəticəsində qida obyektlərində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida obyektinin təsdiqindən imtina edilməsi barədə qərar qəbul edir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2024-cü il

Qanunlar 2024-03-11 12:50:00