×
A
A
A
Sazlamalar

Hərbi hissələrin ərazilərində müxtəlif növ ağac və gül kolları əkilir

Bakı, 9 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə keçirilən aksiyalar çərçivəsində müxtəlif bölgələrdəki hərbi hissələrin ərazilərində müxtəlif növ ağac və gül kolları əkilir.
Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması və ağacəkmə aksiyaları davam etdiriləcək.

 

Ordu 2024-03-09 15:57:00