Mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir
Bakı, 7 mart, AZƏRTAC
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Mühəndis təminatı yerinə yetirən bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələlərin əsas məqsədi peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vəziyyətinin daha da artırılmasıdır.
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO