×
A
A
A
Sazlamalar

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 782 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci hissələr əlavə edilsin:
“1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 4.9-cu bəndinə uyğun olaraq inteqrasiya həyata keçirilənədək Dərman vasitələrinin dövlət reyestrinin məlumatları dəyişikliklər (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, istehsalçının dəyişməsi, istehsal ölkəsinin dəyişməsi, yeni qablaşdırma miqdarı) göstərilməklə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ayda bir dəfə elektron formada Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim edilir.
1-2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezi-dentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:
2.1. 1-ci hissə üzrə:
2.1.1. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra – Şura) tərəfindən tənzimlənir.”;
2.1.2. 1.4-cü bəndə “qiymətlərlə” sözündən əvvəl “həddən yuxarı olmayan” sözləri əlavə edilsin;
2.2. 2.5-ci bənddə “vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər (bundan sonra – istehsalçılar)” sözləri “vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi (bundan sonra – ərizəçi)” sözləri ilə əvəz edilsin;
2.3. 3-cü hissə üzrə:
2.3.1. adına “qiymətlərinin” sözündən sonra “yuxarı həddinin” sözləri əlavə edilsin;
2.3.2. 3.1-ci bəndin birinci cümləsində “qiyməti” sözü “qiymətinin yuxarı həddi” sözləri ilə əvəz edilsin;
2.3.3. 3.2-ci bənddə “qiyməti” sözü “qiymətinin yuxarı həddi” sözləri ilə, “qiymətinə” sözü “qiymətinin yuxarı həddinə” sözləri ilə əvəz edilsin;
2.3.4. 3.4-cü bəndə “qiymətlərinin” sözündən sonra “yuxarı həddinin” sözləri əlavə edilsin;
2.3.5. 3.5-ci bəndin birinci cümləsində “qiymətləri” sözü “qiymətlərinin yuxarı həddi” sözləri ilə, ikinci cümləsində “qiymətlərlə” sözü “qiymətlərin yuxarı hədlərindən yüksək olmamaqla” sözləri ilə əvəz edilsin;
2.3.6. aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:
“3.6. Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitəsinin yalnız topdansatış qiymətinin yuxarı həddi təsdiq edilir.”;
2.4. 4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) ay müddətində ərizəçilər tərəfindən qiymət tənzimlənməsi üçün Şuraya müraciət edilir. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Katiblik tərəfindən həyata keçirilir.”;
2.4.2. 4.2-ci bəndin birinci və ikinci cümlələrində “İstehsalçılar” sözü “Ərizəçilər” sözü ilə əvəz edilsin;
2.4.3. 4.3.1-ci yarımbənddə “Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması haqqında sənədin (qeydiyyat vəsiqə-sinin)” sözləri “dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin” sözləri ilə əvəz edilsin;
2.4.4. 4.3.2-ci yarımbənd ləğv edilsin;
2.4.5. 4.3.3-cü yarımbənddə “həmin ölkələr üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən Azərbaycan dilinə rəsmi tərcüməsi təsdiq edilən qiymət sənədləri” sözləri “Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilən sənədlər” sözləri ilə əvəz edilsin;
2.4.6. 4.3.5-ci yarımbənddən “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılsın;
2.4.7. 4.5-ci və 4.6-cı bəndlərdə “istehsalçıya” sözü “ərizəçiyə” sözü ilə əvəz edilsin;
2.4.8. 4.7-ci bəndin birinci cümləsində “istehsalçının” sözü “ərizəçinin” sözü ilə əvəz edilsin;
2.4.9. 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.9. Dərman vasitələri dövlət reyestrinin Şuranın informasiya sistemi ilə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
4.11. Bu Qaydanın 5.8-ci bəndi nəzərə alınmaqla, dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) ay müddətində ərizəçi tərəfindən qiymət tənzimlənməsi üçün müraciət edilmədiyi halda, Şura tərəfindən istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparılmaqla, bazis qiymət müəyyən edilərək qiymət tənzimlənməsi həyata keçirilir.
4.12. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.11-ci maddəsinin ikinci cümləsində qeyd olunan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərman vasitələrinin istehsalçısı tərəfindən Şuraya müraciət edildikdə həyata keçirilir.”;
2.5. 5-ci hissə üzrə:
2.5.1. 5.1-ci bəndə “üzrə” sözündən sonra “istehsal ölkəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin;
2.5.2. 5.2-ci bəndin birinci cümləsinə “rübdə” sözündən sonra “azı” sözü əlavə edilsin;
2.5.3. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələri haqqında verilən məlumatlarda Şura tərəfindən təsdiq edilmiş qiymətlər əks olunur.”;
2.5.4. 5.6-cı bənddə “istehsalçılar” sözü “ərizəçilər” sözü ilə, “Katibliyə yenidən bəyannamə təqdim” sözləri “Şuraya yenidən müraciət” sözləri ilə əvəz edilsin;
2.5.5. 5.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.8. Aşağıdakı dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin müəyyənləşdirilməsi bu Qaydanın 5.9 – 5.13-cü bəndlərinə uyğun olaraq həyata keçirilir:
5.8.1. əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələri;
5.8.2. resept olmadan buraxılan dərman vasitələri.”;
2.5.6. aşağıdakı məzmunda 5.9 – 5.14-cü bəndlər əlavə edilsin:
5.9. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi bu Qaydanın 5.11-ci bəndi nəzərə alınmaqla, ərizəçinin müraciətinə və ya bu Qaydanın 4.11-ci bəndinə əsasən həyata keçirilir.
5.10. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinə yenidən baxılması bu Qaydanın 5.11-ci bəndi nəzərə alınmaqla, ərizəçinin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciətinə əsasən həyata keçirilir.
5.11. Bu Qaydanın 5.8.1-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınır.
5.12. Bu Qaydanın 5.8.2-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi ərizəçinin müraciətinə və ya bu Qaydanın 4.11-ci bəndinə əsasən dərman vasitəsinin bazis qiymətinə onun 10 faizi və nəzarət markasının qiyməti əlavə olunmaqla həyata keçirilir.
5.13. Bu Qaydanın 5.8.2-ci yarımbəndində qeyd olunan dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinə yenidən baxılması bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
5.14. Ərizəçilərin əsaslandırılmış müraciətinə əsasən tənzim-lənmiş qiymətlərdə texniki xətalarla bağlı Şura tərəfindən düzəlişlər edilir. Bu düzəlişlər dərman vasitəsinin qiymətinin yenidən tənzimlənməsi hesab edilmir.”;
2.6. 6-cı hissə üzrə:
2.6.1. 6.1-ci bənddə “üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər” sözləri “qablaşdırılmasının üzərində Şura tərəfindən təsdiq edilmiş yuxarı həddən yüksək olmamaqla, pərakəndə satış qiymətləri” sözləri ilə əvəz edilsin;
2.6.2. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.2. Dərman vasitələrinin qablaşdırılmasının üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi aptek təşkilatları tərəfindən təmin edilir. Dərman vasitələrinin qiymətləri Azərbaycan Respub-likasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş üsullarla göstərilir.”;
2.6.3. 6.3-1-ci bəndə “məlumatların” sözündən əvvəl “zəruri” sözü əlavə edilsin və həmin bənddən “vaxtında və ya” sözləri çıxarılsın;
2.7. 7-ci hissə və Qeyd hissəsi ləğv edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 mart 2024-cü il

№ 118

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1022-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2024-03-06 18:00:00