×
A
A
A
Sazlamalar

Fənn olimpiadalarının finalına Şəki-Zaqatala bölgəsi üzrə 75 şagird vəsiqə qazanıb

Şəki, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 75 şagird respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, fənn olimpiadalarının yarımfinal mərhələsində bölgə üzrə ümumilikdə 860 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 37, Oğuz rayonu üzrə 14, Qəbələ rayonu üzrə 11, Qax rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Balakən rayonu üzrə isə 3 şagird vəsiqə qazanıb.

Regionlar 2024-03-06 10:48:00