×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki sahədəki əməkdaşlıq daha da inkişaf etdirilir

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələrinin təşkil etdiyi 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.

Ordu 2024-03-05 16:11:00