Bu ilin iki ayında paytaxtda qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb
Bakı, 4 mart, AZƏRTAC
Paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən 62 yol-nəqliyyat hadisəsi olub. Bu qəzalar nəticəsində ölənlərin sayı 25, xəsarət alanların sayı isə 46 nəfər olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.
Bu gün Bakının 549 küçəsi yuyulub
“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb