×
A
A
A
Sazlamalar

Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirinə Arif Əsədovun rəhbərliyi ilə çıxacaq

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan millisi FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” turnirdəki oyunlara Arif Əsədovun başçılığı altında çıxacaq.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusunda isə İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan yığması martın 22-si Monqolustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman 2024-03-04 16:49:00