Dövlət Aqrar Universiteti Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə əməkdaşlığa başlayır
Gəncə, 4 mart, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ADAU-nun rektoru Zəfər Qurbanovla Mərkəzin icraçı direktoru Şahin Abbasəliyev arasında imzalanan memorandumun məqsədi iki qurum arasında əməkdaşlığı genişləndirmək, müxtəlif sahələrdə mütəxəssislərin biliklərinin artırılması və peşəkar kadr hazırlığına əlverişli şərait yaratmaqdır.