Naxçıvanda sənaye məhsulu istehsalı 20,6 faiz artıb
Naxçıvan, 4 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin yanvar ayında ümumi daxili məhsul istehsalı 99 milyon 429 min 700 manat olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövründəkindən 1,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 212,1 manat olub. Muxtar respublikada yanvar ayında 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu rəqəm isə 2023-cü ilin müvafiq dövründəki göstəricini 20,6 faiz üstələyib. Eyni zamanda, cari ilin yanvar ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyon 58 min 400 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 54,7 faiz çoxdur.
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Bu yollar Qarabağa gediş-gəlişi asanlaşdıracaq FOTO
Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var
Naxçıvanın gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb