×
A
A
A
Sazlamalar

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 4 mart, AZƏRTAC

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən parlament qrupunun nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Siyasət 2024-03-04 14:29:00