Azərbaycanlı yazarın məqalələri ərəbdilli mətbuatda geniş yayılıb
Bakı, 4 mart, AZƏRTAC
Tanınmış yazar, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Qalib Liderin siyasi portreti” və “Qalib xalqın qalib Lideri” sərlövhəli məqalələri ərəb və körfəz ölkələrinin mətbuatında dərc olunub.
AZƏRTAC xəbər verir ki, Misirin “Alharir.info” və “namber1news”, Əlcəzairin “Elalmelarbu.com”, İordaniyanın “Nayroua.com”, Suriyanın “eshibelia- news.com”, İraqın “www.adnaden.net”, “ta7iamasr.com” və “alwatanianews.com”, Omanın “elwatanelmasru.com” və “journalaswat.com” saytlarında ərəb, ingilis dillərində yayımlanan məqalələrdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinin xalqın dövlətimizin başçısı İlham Əliyev şəxsiyyətinə yüksək inamının, onun gördüyü işlərə verilən qiymətin təzahürü olduğu bildirilib.
Qeyd edək ki, məqalələrin 12 ərəb ölkəsinin 60-a yaxın saytında dərc olunması və yerli TV-lərdə həmin bununla bağlı xülasənin təqdim edilməsi Azərbaycan Prezidentinin fəaliyyətinə və həyata keçirdiyi işlərə həmin ölkələrdə yüksək marağın göstəricisidir.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır
ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək
® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib