Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşlarla görüşəcək
Bakı, 4 mart, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 12-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə (1652) və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-40) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
İmişlidə qətl hadisəsi törədilib VİDEO
Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO