Saatlıda yol qəzası nəticəsində piyada həyatını itirib
Saatlı, 4 mart, AZƏRTAC
Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində ağır xəsarətlər alan piyada Ədalət Əliyev həyatını itirib. Qəza törədən sürücü hadisə yerindən uzaqlaşıb.
Hazırda sürücünün saxlanılması istiqamətində tədbirlər görülür.
İmişlidə Pasxa bayramı qeyd edilib
Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib
Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub
Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub
Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər