Jelyazkov: Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir
Bakı, 4 mart, AZƏRTAC
Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə söyləyib.
Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib. O, həmçinin ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb.
Bolqarıstan parlamentinin sədri, eyni zamanda, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib