×
A
A
A
Sazlamalar

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb VİDEO

Xaçmaz, 3 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ 2107 və VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-03-03 17:11:00

Video