×
A
A
A
Sazlamalar

İmişlidə dəm qazından boğulan yeniyetmə xəstəxanaya yerləşdirilib

İmişli, 3 mart, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yeniyetmə dəm qazından boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli rayonu Otuziki kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Rüstəmova Gülnurə Bayram Qızı hamam otağında dəm qazının təsirinə məruz qalıb. Yeniyetmə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Regionlar 2024-03-03 16:39:00