Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, eləcə də Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlyas Cabbarov və Əkrəm Şadmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.
Anım mərasimlərində şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin və məktəbilər tərəfindən şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib
Səmada, quruda, dənizdə Vətənə peşəkar xidmətin ünvanı - Heydər Əliyev adına Hərbi İnstitut VİDEO
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib VİDEO
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir