×
A
A
A
Sazlamalar

Mina partlayışı nəticəsində yaralanan Ağdam sakini əməliyyata götürülüb

Bərdə, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində yaralanan 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralıya hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda əməliyyatdadır, vəziyyəti ağır qiymətləndirilir.

Regionlar 2024-03-03 13:46:00