×
A
A
A
Sazlamalar

Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib

Bakı, 3 mart, AZƏRTAC

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “PTV News” telekanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, Milli Assambleyasının (parlamentin aşağı palatası) 336 deputatından 201-i Pakistan Müsəlman Liqasının liderinin lehinə səs verib.
Onun hökumət başçısı postu uğrunda mübarizədəki rəqibi - Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan isə cəmi 92 səs toplayıb.

Dünya 2024-03-03 13:11:00