Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Bərdə, 3 mart, AZƏRTAC
Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi “99-CC-602” dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İsveçli rejissor Naxçıvanda film çəkəcək
Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır
Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO