×
A
A
A
Sazlamalar

Haitidə həbsxanaya hücum olub, yüzlərlə məhbus azad edilib

Bakı, 3 mart, AZƏRTAC

Silahlı dəstələrin üzvləri Haitinin paytaxtı Port-o-Prensin əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı məlumat yayıb.
Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar azad edildikdən sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb.

Dünya 2024-03-03 09:55:00