×
A
A
A
Sazlamalar

Samuxda 2000 ağac əkilib

Samux, 2 mart, AZƏRTAC

Samuxda Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Samux rayonunun Ziyadlı kəndində Kür yolunun kənarına və Çobanabdallı kəndində isə Gəncə-Samux avtomobil yolunun ətrafına torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 2000 ədəd ağac əkilib.
Ağacəkmə aksiyasında Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğı ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Regionlar 2024-03-02 22:42:00