×
A
A
A
Sazlamalar

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

Kəlbəcər, 2 mart, AZƏRTAC

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman maşını aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-03-02 17:40:00