×
A
A
A
Sazlamalar

Bərdədə mənzildə kişi meyiti tapılıb

Bərdə, 2 mart, AZƏRTAC

Bərdə şəhəri Sərvan Şükürov küçəsində mənzildə kişi meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Vidadi Həsən oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Regionlar 2024-03-02 09:43:00