×
A
A
A
Sazlamalar

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb VİDEO

Lənkəran, 2 mart, AZƏRTAC

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı saxlanılıb.
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-03-02 08:57:00

Video