×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Tbilisi, 2 mart, AZƏRTAC

Gürcüstanın aparıcı portalları Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışına böyük diqqət yetirib.
AZƏRTAC xəbər verir ki, “newsday.ge”, “qafqazturk.com”, “realnews.ge”, “aktual.ge”, “interpress.ge”, “24news.ge”, “kavkasia.net” informasiya portalları, “Marneuli FM” radiosu Azərbaycan Prezidentinin çıxışından materiallar dərc edib, xəbərlər yayımlayıblar.
Azərbaycan, rus və gürcü dillərində AZƏRTAC-a istinadla yayımlanan materiallarda dövlətimizin başçısının səsləndirdiyi fikirlərə istinadla yayılan məlumatlarda Cənub Qaz Dəhlizinin Azərbaycanın uğur hekayəsi olduğu, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi doğrultduğu, COP29-a ev sahibliyi etmək niyyəti ölkənin yaşıl gündəliyini nümayiş etdirdiyi xüsusi vurğulanır.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2024-03-02 02:14:00