×
A
A
A
Sazlamalar

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib.

Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm.

Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Benyamin Netanyahu

İsrail Dövlətinin Baş naziri

Məktublar 2024-02-29 18:50:00