×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Bakı, 28 fevral, AZƏRTAC

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
“Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur”, - deyə nazirliyin məlumatında vurğulanıb.

Ordu 2024-02-28 21:18:00