Çilidə meşə yanğınından zərər çəkən ərazilərdə fövqəladə vəziyyət rejimi uzadılıb
Bakı, 28 fevral, AZƏRTAC
Çilinin Valparaiso bölgəsində meşə yanğınlarından zərər çəkən ərazilərdə fevralın 2-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, Çili prezidentinin sözçüsü Sofiya Qonzales fövqəladə vəziyyət rejiminin bölgəyə lazımi resursların tədarükünü asanlaşdırmaq məqsədi daşıdığını bildirib.
Çili Milli Fəlakətlərin Qarşısının Alınması Xidmətinin son hesabatına görə, meşə yanğınları nəticəsində ölkədə 6974 ev yanıb və azı 133 nəfər həlak olub.
Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin iddia ərizəsini qəbul etməyib
Fransada siyasi böhran: hökumət növbəti həftəyə keçə biləcəkmi?
ABŞ Konqresinin əməkdaşı qanunverici orqanın binasına sursat keçirməyə cəhd edib
İtaliya Ukrayna üçün 10-cu hərbi yardım paketini hazırlayıb
Nobel mükafatı laureatı süni intellekt yaratmaqda biznes rəqabətini “silah yarışı” adlandırıb