Nigeriyada qayıq qəzasında dörd nəfər həlak olub
Bakı, 28 fevral, AZƏRTAC
Nigeriyanın cənub-qərbində yerləşən Laqos əyalətində qayığın batması nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, indiyədək 11 nəfəri xilas etmək mümkün olub. Qəzanın səbəbləri hələ dəqiq məlum deyil. Hakimiyyət orqanları araşdırmanın davam etdiyini bildirib.
Qərbi Afrikada yerləşən Nigeriyada həddindən artıq yükləmə, əlverişsiz hava şəraiti və təhlükəsizlik qaydalarının pozulması səbəbindən tez-tez ölümlə nəticələnən qayıq qəzaları baş verir.
Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur
Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub
İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır
Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur
Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT