ABŞ Qəzza zolağında altı həftəlik humanitar fasilənin əldə olunmasına ümid edir
Bakı, 28 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatlar Qəzza zolağındakı döyüşlərdə altı həftəyə qədər humanitar fasiləyə imkan verəcək razılaşmalar əldə etməyi gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Ümid edirəm ki, döyüşlərdə uzun fasilə əldə edə bilək. Bu, bir neçə, optimist olaraq altı həftə davam edəcək. Bu müddət ərzində heç bir döyüş olmayacaq. Belə ki, bu da bizə girovları azad etməyə, humanitar yardımın həcmini artırmağa imkan verəcək”, - deyə C.Kirbi vurğulayıb.
Əlavə edib ki, İsrail rəhbərliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat planı ilə bağlı hələlik ABŞ-a məlumat verməyib.
Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib
Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb
Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb
Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur
Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir