×
A
A
A
Sazlamalar

Yaponiyada doğum səviyyəsi tarixi minimuma enib

Bakı, 28 fevral, AZƏRTAC

Yaponiyada hər il doğulan uşaqların sayı ardıcıl olaraq səkkizinci ildir azalır.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, ötən il ölkədə doğum səviyyəsi tarixi minimuma enib. Belə ki, doğum nisbəti 2022-ci illə müqayisədə 5,1 faiz azalaraq 758 631, nikahların sayı isə 5,9 faiz azalaraq 489 281 olub. Doxsan il ərzində ilk dəfə bu rəqəm 500 mindən aşağı düşüb ki, bu da əhalinin getdikcə daha da azalacağından xəbər verir. Çünki Yaponiyada nikahdankənar doğuşların sayı azdır.
Milli Demoqrafik Tədqiqatlar və Sosial Təminat İnstitutu, 2070-ci ilə qədər Yaponiya əhalisinin təxminən 30 faiz azalacağını və 87 milyon (indiki ilə müqayisədə təxminən 125 milyon) olacağını, hər on nəfərdən dördünün 65 yaş və ya daha böyük yaş həddində olacağını təxmin edir.

 

Dünya 2024-02-28 06:09:00