Parisdə içərisində Olimpiya təhlükəsizlik planları olan kompüter oğurlanıb
Bakı, 28 fevral, AZƏRTAC
Meriya əməkdaşı Paris Olimpiadası üçün təhlükəsizlik planları olan kompüteri və “USB fleş” disklərini itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Hadisə fevralın 26-da axşam saatlarında qatarda baş verib. Paris meriyasının əməkdaşı kompüteri və şəxsi əşyaları olan çantanı oturacağın üstündəki rəfə qoyub və daha sonra onu yerində tapmayıb.
Telekanalın məlumatına görə, kompüter və fleş disklərdə olan fayllar iyulun 26-dan avqustun 11-dək Olimpiya Oyunları zamanı Paris meriyası tərəfindən hazırlanmış təhlükəsizlik tədbirləri ilə bağlı olub. Oyunlara bələdiyyə polisi olmaqla 2 minə qədər asayiş keşikçisinin cəlb edilməsi nəzərdə tutulurdu. Hazırda polis oğrunu tapmaq üçün stansiyada müşahidə kameralarının görüntülərini yoxlayır.
Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 26-da Sena çayında baş tutacaq və milli komandalar çay qayıqları ilə bir neçə kilometr məsafədə parad keçirəcəklər.
Belqradda keçiriləcək “Expo 2027” sərgisinin loqosu olan təyyarə təqdim edilib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq
Bosniya və Herseqovinada yerli seçkilər keçirilir
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub