×
A
A
A
Sazlamalar

Ötən il Cənubi Afrikada brakonyerlər 500-ə yaxın kərgədan öldürüb

Bakı, 28 fevral, AZƏRTAC

Ötən il Cənubi Afrikada brakonyerlər tərəfindən 499 kərgədan öldürüb ki, bu da ondan əvvəlki ilə nisbətən 51 baş çoxdur.
Bu barədə AZƏRTAC xarici mətbuata istinadla xəbər verir.
Cənubi Afrikada qara kərgədan populyasiyasının təxminən yarısı və dünyanın ən böyük nəsli kəsilməkdə olan ağ kərgədan populyasiyası məskunlaşıb. Kərgədanlar ənənəvi dərman və bəzək əşyalarının hazırlanması üçün istifadə olunan buynuzları səbəbindən məhv edilir.
"2023–cü ildə dövlət mülklərində 406 kərgədan, özəl parklarda, qoruqlarda və fermalarda 93 kərgədan öldürülüb", - deyə Cənubi Afrika Respublikasının Meşə Təsərrüfatı, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin açıqlamasında deyilir.

Dünya 2024-02-28 05:17:00