×
A
A
A
Sazlamalar

Yüksək Liqa: “Milli Aviasiya Akademiyası” UNEC-i məğlub edib

Bakı, 27 fevral, AZƏRTAC
Bu gün qadın voleybolçuların Yüksək Liqasında XV tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Milli Aviasiya Akademiyası” 5-ci yerdə qalıb. Xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb.
Tura sabah keçiriləcək “Azərreyl”-“Abşeron” və “Gəncə”-“Murov Az Terminal” görüşləri ilə yekun vurulacaq.

İdman 2024-02-27 22:07:00