Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda ölkəmiz də təmsil olunub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Fransanın Nitsa şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) sosial elmi tədqiqatlar simpoziumu keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm şöbəsinin müdiri Rüfət Efendiyev təmsil edib.
AMADA-dan AZƏRTAC-a bildirilib ki, WADA-nın təşkil etdiyi simpoziuma 50-yə yaxın ölkədən nümayəndə heyəti qatılıb.
Cote d'Azur Universitetində keçirilən və sessiyalar üzrə davam edən tədbirdə birgə əməkdaşlıq, beynəlxalq və müxtəlif idman növləri üzrə tədqiqatların aparılması, araşdırmalara idmançıların tərəfdaş kimi cəlb edilməsi və təmiz idman üçün gələcək tədqiqat prioritetlərinin müəyyən olunması kimi müasir mövzularda müzakirələr aparılıb.
“Qarabağ”ın sabiq braziliyalı futbolçusu: Juninyo “Flamenqo”da da uğurlu olacaq
Azərbaycanın futzal üzrə FIFA referisi növbəti təyinat alıb
“Kəpəz”in yeni transferi: Əminliklə deyə bilərəm ki, komandamız Premyer Liqada qalacaq – MÜSAHİBƏ
NBA: Şərq Konfransının lideri doğma meydanda uduzub
Boks üzrə Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib