×
A
A
A
Sazlamalar

“Azərişiq” ASC-nin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 27 fevral, AZƏRTAC

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşüb.
“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Masallı rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı rayonunda yerləşən inzibati binasında baş tutan görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.
Həmçinin həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər.

İqtisadiyyat 2024-02-27 18:42:00